Azərbaycanda 300-ə qədər avtomobil modeli üçün əyləc bəndi istehsal ediləcək

2024.05.07 15:51 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Brake systems Azerbaijan” MMC bu ilin sonuna qədər 300-ə qədər avtomobil modeli üçün əyləc bəndi istehsal edəcək.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin direktoru Mehman Ağayev deyib. Onun sözlərinə görə, hazırda 210-a yaxın model üçün əyləc bəndləri istehsal edirlər. Bu məhsullar “Toyota”, “Mitsubishi”, “Nissan”, “Hyundai”, “KİA”, “Mazda”, “Suzuki” markalarının müxtəlif modelləri üçün nəzərdə tutulur: “Artıq 100-ə yaxın model üçün satış məhsullarımız hazırdır, alıcılar onları mağazalardan ala bilərlər. İndi komplektləşdirmə prosesi getdiyi üçün bütün məhsullarımızı tam satışa çıxara bilməmişik. Yaxın iki ay ərzində ümumilikdə 210-a yaxın model üçün məhsul təklif edə biləcəyik. Bu ilin sonuna qədər isə bu sayı 300-ə çatdıracağıq”.