Dağıstandan Azərbaycana 80 tondan çox süd və balıq məhsulları tədarük edilib

2023.11.14 12:48 (UTC+04:00)

Bu ilin noyabr ayının əvvəlindən Dağıstandan Azərbaycana 40 ton süd məhsulları və 42 ton balıq idxal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına istinadən xəbər verir ki, qeyd edilən dövrdə Dağıstandan Azərbaycana və Gürcüstana ümumi çəkisi 30 min ton olan heyvandarlıq məhsulları və 6 mindən çox baş heyvan tədarük edilib.

Bütün məhsullar baytarlıq və sanitar tələblərə uyğunluq baxımından keyfiyyət yoxlamalarından keçib və təhlükəsiz hesab edilib.