Bu gün Belarusun Qomel vilayətində biznes rəhbərlərinin, dövlət orqanlarının, diplomatik dairələrin, beynəlxalq təşkilatların və digər nümayəndələrin iştirak etdiyi 17-ci iqtisadi Forum işə başlayıb.
“vergiler.az” Qomel vilayət İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, bu il Forumda 13 ölkədən (Belarus, Azərbaycan, Rusiya, Çin, İtaliya, İran, Pakistan, BƏƏ, Suriya, Fələstin, Vyetnam, Özbəkistan və Tacikistan) 370-dən çox nümayəndə iştirak edir.
Forumun proqramına üç tematik bölmə (“İstehsal və tikinti potensialı”, “Turizm və sosial sahə” və “Kiçik və orta biznes”), həmçinin iki sərgi daxildir.
Forum sentyabrın 22-də başa çatacaq.