Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 25 faiz artıb

2023.09.04 15:09 (UTC+04:00)

Bu ilin avqust ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları ötən ilin eyni göstəricisi ilə müqayisədə 1 860,8 milyon ABŞ dolları və ya 24,8 faiz artaraq 9 364,4 milyon dollar təşkil edib.

vergiler.az”ın AMB-nin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin iyul ayına nisbətdə isə avqustda valyuta ehtiyatlarında 1,3 faiz və ya 120,4 milyon dollar artım qeydə alınıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8 995,7 milyon dollar təşkil edib.