Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İrlandiyaya 366,6 milyon ABŞ dolları dəyərində 630 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricilərini dəyər ifadəsində 80 faiz və ya 162,96 milyon dollar, həcm baxımından isə 2,37 dəfə və ya 364,8 min ton üstələyir.
Cari ilin iyul ayında bu ölkəyə 50,45 milyon dollar dəyərində 87,86 min ton xam neft məhsulları ixrac edilib ki, bu da iyul ayı ilə müqayisədə dəyər ifadəsində 4 faiz və ya 2,1 milyon dollar, həcm olaraq isə 0,6 faiz və ya 514,34 ton azdır.