Bu ilin yanvar-iyul aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,2 faiz artaraq 6242,6 milyon manat olub.
“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4682,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75 faizini təşkil edib.
Cari ilin yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 615,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 127,0 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.