Bu ilin yanvar-iyul aylarında ölkədə 3 225,4 min dekalitr (dkl) pivə istehsal olunub.
"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 13,9 faiz və ya 393,9 min dkl artıb.
Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda istehsal həcmində 3,7 faiz və ya 27,8 min dkl azalma qeydə alınıb. İyul ayında 726,6 min dkl pivə istehsal olunub.
Avqust ayının 1-nə hazır məhsul ehtiyatı isə 243,9 min dkl təşkil edib.