Cəbrayıl rayonunun Horovlu kəndinin konseptual layihəsi hazırlanıb

2023.08.22 13:00 (UTC+04:00)

vergiler.az” Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir ki, yenidən salınacaq kəndin konseptual layihəsi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, dayanıqlı kənd prinsipinə əsasən hazırlanıb.

Xatırladaq ki Horovlu kəndinin təməli bu il mayın 4-də qoyulub. Layihələndirilən ümumi ərazi 248,1 hektar təşkil edir. Kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.

İlkin mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, qonaq evinin tikintisi planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.