Bu ilin yanvar-iyul aylarında ölkədə 31 132,7 ton pendir və kəsmik istehsal edilib.
"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 2,5 faiz və ya 749,3 ton artıb.
Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda 4,5 faiz və ya 197,5 ton artım müşahidə olunub. İyul ayında 4 576,2 ton pendir və kəsmik istehsal olunub.
Avqust ayının 1-nə hazır məhsul ehtiyatı isə 64,4 ton təşkil edib.