Azərbaycandan olan turizm operatorlarının Dağıstana biznes-missiyası başa çatıb.
"vergiler.az" Dağıstanın İxraca Dəstək Mərkəzinə istinadən xəbər verir ki, işgüzar səfər Dağıstan Turoperatorları Assosiasiyası ilə birgə təşkil olunub.
Dağıstana səfər zamanı Azərbaycanın turizm biznesinin nümayəndələri Dərbəndə, Sulak kanyonuna, Köhnə Sivux qlempinqinə, Qoor kəndinə və digər yerlərə baş çəkiblər.
Dağıstanla mümkün əməkdaşlıq istiqamətlərindən biri ərəb ölkələrindən gələn qonaqlar üçün qarışıq turistik marşrutlarının hazırlanması olacaq. Əməkdaşlığa dair məsələlər yekun konfransda müzakirə olunub.