Bu ilin yanvar-iyul aylarında ölkədə 15 712,9 ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 5,6 faiz və ya 835,1 ton üstələyir.
"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin iyun ayı ilə müqayisədə iyulda istehsal həcmində 7,3 faiz və ya 173,1 ton azalma qeydə alınıb.
İyul ayında 2 199,7 ton kərə yağı istehsal olunub.
Avqust ayının 1-nə hazır məhsul ehtiyatı isə 118,8 ton təşkil edib.