27-29 sentyabr tarixlərində Rusiya Federasiyasının Tümen bölgəsinin sahibkarlarının iştirakı ilə Azərbaycana biznes-missiya təşkil olunacaq.
"vergiler.az" bölgənin İxraca Dəstək Mərkəzinə istinadən xəbər verir ki, biznes-missiya çərçivəsində Azərbaycanda potensial alıcılarla işgüzar danışıqlar təşkil olunacaq.
Hazırda Mərkəz tərəfindən tərkibinə bölgənin kiçik və orta sahibkarlarının daxil olacağı nümayəndə heyəti formalaşdırılır.