Çinlə ticarət dövriyyəsi 40 faizdən çox artıb

2023.08.18 17:03 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 471,2 milyon ABŞ dolları və ya 41 faiz artaraq 1,6 milyard dolları üstələyib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 7 ayında Azərbaycandan Çinə 63,47 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 34,71 milyon dollar və ya 2,2 dəfə çoxdur.

Çindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 39 faiz və ya 436,54 milyon dollar artaraq 1,55 milyon dollar təşkil edib.

Cari ilin yanvar-iyul aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 5,34 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,52 faiz bəndi çoxdur.