İxracatçılar üçün alıcı missiyası təşkil olunacaq

2023.08.18 15:05 (UTC+04:00)

11-15 dekabr tarixində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən alıcı missiyası təşkil olunacaq.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, alıcı missiyasının əhatə etdiyi hədəf bazarı Koreya Respublikasıdır.

Artıq missiyada iştirakla bağlı ixracatçıların müraciətlərinin qəbulu elan edilib. Missiyada iştirak edəcək alıcıların sayı 10, ixracatçıların sayı isə 15 olaraq hədəflənib. Məhsul olaraq əsasən qida sənayesi, şərab və spirtli içki məhsulları nəzərdə tutulur.

Alıcı missiyasında iştirak edəcək ixracatçılar AZPROMO tərəfindən təşkil olunacaq müsabiqə əsasında seçiləcək. Müsabiqənin şərtləri ilə Agentliyin saytından (https://u.to/bf3iHw) tanış olmaq olar.