Bu ilin yanvar-iyul aylarında ölkədə 15 661,5 ton kolbasa məmulatları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 8,8 faiz və ya 1 268,7 ton çoxdur.
"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin iyun ayı ilə müqayisədə iyulda istehsal həcmində 16,4 faiz və ya 422,7 ton azalma qeydə alınıb.
İyul ayında 2 159,1 ton kolbasa məmulatları istehsal olunub. Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 38,5 ton təşkil edib.