Bu ilin yanvar-iyul aylarında ölkədən 15,2 milyon ABŞ dolları dəyərində 20,7 min ton şəkər ixrac edilib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 46,6 faiz və ya 4,84 milyon dollar, həcm baxımından isə 30,5 faiz və ya 4,86 min ton çoxdur.
Qeyd edək ki, 2023-cü ilin ilk 7 ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,07 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,76 faizə bərabər olub.