İstixana təsərrüfatının yaradılması layihəsinə 1 milyon manat güzəştli kredit ayrılıb

2023.08.18 11:15 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən müasir istixana təsərrüfatının yaradılması layihəsi üzrə 1 milyon manat güzəştli kredit ayrılıb.

Fonddan “vergiler.az”a verilən məlumata görə, güzəştli kredit "Greener" MMC-yə verilib. Layihənin maliyyələşdirilməsi “Xalq Bank” ASC vasitəsilə həyata keçirilib.