Avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımada artım var

2023.08.17 15:34 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında avtomobil nəqliyyatı ilə 71,8 milyon ton yük, 911,5 milyon sərnişin daşınıb.

vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,1 faiz və 17,3 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95 faizi avtobus, 5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsində 4,7 faiz, sərnişin dövriyyəsində isə 17 faiz artım müşahidə olunub.