İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 15-də keçirilən növbəti hərracda 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 23 nəqliyyat vasitəsi özəlləşdirilib.
Xidmətdən “vergiler.az”a verilən məlumata görə, özəlləşdirilən əmlakların sırasında Oğuzda yerləşən “Şahdağ” yeməkxanası və Şəkidə yerləşən yeraltı dayanacaq da var.
Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib.
15 avqust hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 259 370 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq olaq.
Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 22 və 29 avqust tarixlərində keçiriləcək.