İlin əvvəlindən 3,3 milyard manatdan çox pensiya ödənişi həyata keçirilib

2023.08.16 12:00 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz (439 milyon manat) çox olmaqla 3 milyard 319 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "vergiler.az"a verilən məlumata görə, pensiyaların orta aylıq məbləği cari ilin ilk 7 ayında 18 faiz artaraq 435 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.

Qeyd olunan dövrdə 19,5 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 90 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.