Azərbaycan Almaniyanın beynəlxalq qida sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq

2023.08.15 15:48 (UTC+04:00)

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Almaniyanın Köln şəhərində 2023-cü ilin 7-11 oktyabr tarixində keçiriləcək "Anuga 2023” beynəlxalq qida sərgisində vahid ölkə stendi ilə iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

AZPROMO-dan “vergiler.az”a verilən məlumata görə, vahid ölkə stendində iştirak üçün müsabiqə əsasında 14 şirkət seçiləcək.

Müsabiqənin şərtləri ilə Agentliyin saytından (https://u.to/JQ3hHw) tanış olmaq olar.