Xarici ticarətdə 11,2 milyard dollarlıq müsbət saldo yaranıb

2023.08.15 14:39 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 30 333,43 milyon ABŞ dolları təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 274,52 milyon dollar və ya 0,9 faiz çoxdur.

Cari ilin ilk 7 ayında ixrac əməliyyatları 20 776,95 milyon dollar olub ki, bu da 2022-ci ilin eyni göstəricisindən 1 788,14 milyon dollar (7,9 faiz) azdır.

Hesabat dövründə ölkənin idxal əməliyyatlarının dəyəri illik ifadədə 2 062,66 milyon dollar (27,5 faiz) artaraq 9 556,48 milyon dollar təşkil edib.

Ölkənin xarici ticarətində 11 220,47 milyon dollar məbləğində müsbət saldo yaranıb.