2024-cü il üzrə ərzaq məhsullarına dair təkliflər elektron platforma üzərindən qəbul olunur

2023.08.15 12:51 (UTC+04:00)

Ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalçıları və satıcıları 1 sentyabr tarixinədək dövlət satınalan təşkilatların 2024-cü il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini elektron qaydada yerləşdirə bilərlər.

Kənd Təsərrüfatı Nazirliyindən "vergiler.az"a verilən məlumata görə, növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalından (tedaruk.az) tanış olmaq olar.

Qeyd edək ki, ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirmək məqsədi ilə yaradılan portal, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.