BTC kəməri ilə neft nəqli 6,4 faiz artıb

2023.08.14 19:30 (UTC+04:00)

Bu ilin yanvar-iyul ayları ərzində magistral neft kəmərləri ilə 23 076,5 min ton neft nəql edilib.

vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, nəqletmənin 76,3 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin ilk 7 ayı ərzində bu kəmər vasitəsilə 17 615,0 min ton neft ötürülüb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 6,4 faiz çoxdur.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 83,5 faizini və ya 14 706,3 min tonunu Azərbaycanda hasil edilən neft, 16,5 faizini və ya 2 908,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.