Aqrar sektorda istehsal 3,3 faiz artıb

2023.08.14 18:20 (UTC+04:00)

Bu ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7262,4 milyon manat təşkil edib ki, onun da 3411,4 milyon manatı heyvandarlıq, 3851,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə isə 3,2 faiz artıb.