Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil benzini və dizel yanacağına istehlakçılar tərəfindən 1 681,7 milyon manat xərclənib.
“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10,1 faiz və ya 155 milyon manat çoxdur.
Qeyd edək ki, bu ilin ilk 7 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. Bu, 2022-ci ilin eyni göstəricisindən 0,3 faiz bəndi azdır.