1295 layihəyə 64,8 milyon manat güzəştli kredit verilib

2023.08.11 16:51 (UTC+04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 1295 layihənin maliyyələşdirilməsinə 64,8 milyon manat güzəştli kredit verilib.

Fonddan “vergiler.az”a verilən məlumata görə, bu kreditlər hesabına 937 yeni iş yerinin yaradılması nəzərdə tutulur.