İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) Özbəkistanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirilib.
Nazirlikdən "vergiler.az" verilən məlumata görə, görüşdə ESRI əməkdaşları tərəfindən Özbəkistan və Azərbaycan iqtisadiyyatlarının bir sıra sahələr üzrə oxşar və fərqli göstəricilərinə, 2 ölkə arasında investisiya yatırımlarına dair təqdimatlar edilib, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.