Bu ilin yanvar-iyun ayları ərzində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tankerləri ilə 2,5 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 56,2 faiz çoxdur.
QSC-dən “vergiler.az”a verilən məlumata görə, hesabat dövründə bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 16 903 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 15 611 təşkil edib.
Universal quru yük gəmiləri ilə 422 min ton yük nəql edib.