Bu ilin yanvar-iyul aylarında ölkədə 70 372,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,4 faiz artım qeydə alınıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 6938,8 manata bərabər olub.