Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Krasnoyarsk diyarı üzrə əməkdaşları “Filimonovski” süd zavodunun Azərbaycan və Tacikistanın baytarlıq tələblərinə uyğunluğunu yoxlayıblar.
“vergiler.az” “Rosselxoznadzor”a istinadən xəbər verir ki, yoxlamanın nəticələri müəssisənin lazımi tələblərə cavab verdiyini göstərib. İstehsalçı qeyd olunan ölkələrə süd məhsulları tədarük etmək hüququ olan Rusiya şirkətlərinin reyestrinə daxil edilib.
Qeyd edək ki, müəssisə süd məhsullarının istehsalı, saxlanması və satışı üzrə fəaliyyət göstərir.