Naxçıvan Muxtar Respublikasında tətbiq edilən müasir vergi inzibatçılığının və şəffaflaşmanın nəticəsində 2023-cü ilin yanvar – iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3,4 dəfə artaraq 1.619-a çatıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "vergiler.az"a verilən məlumata görə, ötən ilin eyni dövrünə nisbətən aktiv NKA-sı olan vergi ödəyicilərinin sayı 7,8 faiz, vergi daxilolmaları isə 3,4 dəfə və ya 2,2 milyon manat artıb.