2023-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31,1 milyard manatlıq, o cümlədən 17,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
“vergiler.az” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 faiz, qeyri-ərzaq malları üzrə 4,3 faiz artıb.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,1 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib. 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2023-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,9 faiz, fərdi sahibkarlar üzrə 4 faiz, bazar və yarmarkalarda 3,8 faiz artıb.
Cari ilin ilk yeddi ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manatlıq, o cümlədən 246,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191,0 manatlıq qeyri-ərzaq malları alıb.