Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 606 579,5 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz çoxdur.
"vergiler.az"ın Komitənin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 21,5 faiz artaraq 909 150,5 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 18,5 faiz artaraq 2 549 144,4 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk yeddi ayında daxilolmalar 42,7 faiz artaraq 121 829,9 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 26 454,7 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 24,2 faiz azdır.