Xəzərin Türkmənistan sektorundakı neft yatağında borudüzmə işləri yekunlaşıb

2023.08.10 12:50 (UTC+04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Süleyman Vəzirov” borudüzən gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda yerləşən “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərini uğurla yekunlaşdırıb.

QSC-dən “vergiler.az”a verilən məlumata görə, gəmi ilə dörd düyümlük qaz boru xəttinin “Lam-B” platformasından “Lam-C” platformasına və "Lam-B" platformasından "Lam-28" platformasınadək çəkilməsi həyata keçirilib.

Qeyd edək ki, ümumilikdə 5 kilometr uzunluğu olan xəttin çəkilişi üzrə işlərə cari ilin martında başlanılıb.