"Qırmızı Körpü" gömrük-sərhəd buraxılış məntəqəsində KOB dostu fəaliyyətə başlayıb

2023.08.09 15:03 (UTC+04:00)

Qazax rayonunun "Qırmızı Körpü" gömrük-sərhəd buraxılış məntəqəsində KOB dostu fəaliyyətə başlayıb.

vergiler.az” xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında yazıb.

Agentliyin rəhbəri bildirib ki, burada idxal-ixrac əməliyyatları və gömrük prosedurları barədə informasiya, məsləhət və hüquqi yardım göstəriləcək.

“Bu, gömrükdə Bakıdan sonra KOB dostunun sayca 2-ci xidmət pəncərəsidir”, — O. Məmmədov əlavə edib.

Qeyd edək ki, hazırda ölkənin 42 şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir.