AZSTAND daxili auditorlar üçün təlim təşkil edib

2023.08.09 14:37 (UTC+04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO/IEC 17025:2017 “Sınaq və Kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı əsasında daxili auditorlar üçün təlim təşkil olunub.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, dörd gün davam edən təlimdə Azərbaycan Dövlət Ehtiyatları Agentliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Metrologiya İnstitutu və “Azneft” İstehsalat Birliyinin nümayəndələri iştirak edib.

Sözügedən təlim labarotoriyalarda iş fəaliyyətinin beynəlxalq standartın tələblərinə uyğun təşkili, etibarlılığın təmin edilməsi, personalın səriştəliliyi və peşəkarlığının artırılması məqsədilə həyata keçirilib.
Təlim Türkiyənin “Esenek Eğitim Mərkəzi”nin rəhbəri və peşəkar təlimçisi Halil Çelik və AZSTAND-ın təlimçi müəllim heyəti tərəfindən beynəlxalq standartın tələblərinə uyğun hazırlanmış proqram əsasında aparılıb.

Təlimin yekun imtahanını uğurla başa vuran iştirakçılara Sertifikatlaşdırılmış Auditorların Beynəlxalq Reyestri (IRCA - International Register of Certificated Auditors) təşkilatında qeydiyyata alınan sertifikatların təqdim edilməsi nəzərdə tutulur.