Bakının ictimai iaşə dövriyyəsi 26 faiz artıb

2023.08.09 12:36 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Bakının ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 26,1 faiz artaraq 645,3 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən “vergiler.az”a verilən məlumata görə, cari ilin ilk 6 ayında hüquqi şəxslər üzrə ictimai iaşə dövriyyəsi 382,2 milyon manat olub ki, bu da ümumi dövriyyənin 59,2 faizini təşkil edib.