Qazaxıstan və Azərbaycan neftin Bakı-Supsa marşrutu ilə nəqli imkanlarını nəzərdən keçirir

2023.08.08 15:34 (UTC+04:00)

Qazaxıstan və Azərbaycan neftin Bakı-Supsa marşrutu ilə nəqli imkanlarını nəzərdən keçirir.

vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Almasadam Satkaliyev deyib.

"Biz artıq Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixracına dair razılıq əldə etmişik, neftin Bakı-Supsa marşrutu ilə nəqli imkanları müzakirə olunur", - nazir bildirib.