Ölkə ərazisində 91 mindən çox yeni nəsil NKA quraşdırılıb

2023.08.07 17:37 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, indiyədək ölkə ərazisində 91 889 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2023-cü ilin yanvar-iyul ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12,3 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz çoxdur.