Bu ilin yanvar-iyun aylarında malın mənşə ölkəsinin təyin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində İstehlak Mallarının Ekspertizası Mərkəzinə 894 sahibkarlıq subyekti müraciət edib.
Xidmətdən “vergiler.az”a verilən məlumata görə, müraciətlərin 101-i fiziki şəxslər, 793-ü isə hüquqi şəxslər tərəfindən təqdim edilib.
Ötən ilin müvafiq dövrünə nisbətdə müraciətlərin sayı 4,3 faiz artıb.