Heyvandarlığın inkişafı layihəsi üzrə güzəştli kredit ayrılıb

2023.08.04 17:40 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən heyvandarlığın inkişafı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrılıb.

Fonddan “vergiler.az”a verilən məlumata görə, güzəştli kredit Goranboy rayonunda fəaliyyət göstərən “Türk Qida Sənaye” MMC-yə verilib.

Layihənin maliyyələşdirilməsi “Ziraat Bank Azərbaycan” ASC vasitəsilə həyata keçirilib.