Dəmir yolu ilə yük və sərnişin daşımalarında artım var

2023.08.04 16:12 (UTC+04:00)

Bu ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 10,6 milyon ton yük, 3,75 milyondan çox sərnişin daşınıb.

QSC-dən “vergiler.az”a verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 faiz və 51 faiz çoxdur.