Bu ilin yanvar-iyun aylarında ölkədə 4248,9 ton qaymaq və xama istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 3,8 faiz və ya 157,2 ton üstələyir.
"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin may ayı ilə müqayisədə iyunda məhsul istehsalında 6,2 faiz və ya 47,4 ton azalma qeydə alınıb.
İyun ayında 717,4 ton qaymaq və xama istehsal olunub.