Altı ayda 2721 müsabiqə əsaslı satınalma keçirilib

2023.08.03 16:55 (UTC+04:00)

Bu ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ümumi dəyəri 1 092,7 milyon manat olan 2721 müsabiqə əsaslı satınalma keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, satınalmaların 30-u açıq tender, 1531-i elektron açıq tender, 1023-ü kotirovka sorğusu, 137-si isə təkliflər sorğusu üsulu ilə həyata keçirilib.