“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən Mineral İnvestisiya Sammitində iştirak edib.
QSC-dən “vergiler.az”a verilən məlumata görə, “Tozdan inkişafa” mövzusunda keçirilən beynəlxalq sammitin təşkilində əsas məqsəd xarici şirkətlərinin Pakistanda mədənçıxarma sənayesinə investisiya yatırmalarını təşviq etmək, bu sahədə müştərək layihələrin icrası istiqamətində ölkələr arasında əməkdaşlıq imkanlarını dəyərləndirməkdir.
Tədbirdə Pakistanın mədənçilik sahəsində potensialı, mövcud faydalı qazıntı yataqları barədə ətraflı məlumat verilib, təbii ehtiyatların idarə olunması, səmərəli istifadəsi, qlobal təchizat zəncirində təhlükəsiz təminatı və dağ-mədən sanayesinin inkişafına dair müzakirələr aparılıb.