Son 6 ayda 13 sahibkara "Startap" şəhadətnaməsi verilib

2023.08.03 14:33 (UTC+04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən 13 sahibkara "Startap" şəhadətnaməsi verilib.

vergiler.az” Agentliyə istinadən xəbər verir ki, "Startap" şəhadətnamələrin 12-si mikro, 1-i kiçik sahibkara təqdim edilib.

Qeyd olunan sənədin alınması ilə bağlı hesabat dövründə hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 47 müraciət daxil olub ki, onlardan 43-ü mikro sahibkarlıq, 4-ü isə kiçik sahibkarlıq subyektləri olub.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB-ları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.