Bu ilin yanvar-iyun ayları ərzində elektron satınalmaların ümumi dövlət satınalmalarda payı 21,6 faiz və ya 505,4 milyon manat təşkil edib.
“vergiler.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında yazıb.
Xidmət rəisi bildirib ki, ötən ilin müvafiq dövründə elektron satınalmaların məbləği 433,2 milyon manat təşkil edib, bu da ümumi satınalmaların 14,4 faizinə bərabər olub.