"Azərbaycanda günəş enerjisinin suvarmada tətbiqi layihəsi" icra olunur

2023.08.02 17:00 (UTC+04:00)

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda günəş enerjisinin suvarmada tətbiqi” layihəsi icra olunur.

Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, layihə üzrə əldə edilən uğurlu nəticələrin təhlili gələcəkdə bu üsulun daha geniş tətbiqinə imkan yaradır.

Layihə çərçivəsində qeyd olunan mövzu üzrə seminar təşkil olunub. Seminarda bu innovativ texnologiyanın texniki, iqtisadi və ekoloji baxımından üstün cəhətlərinə toxunulub.