Bu ilin yanvar-iyun aylarında ölkədə 11 193,0 min dekalitr (dkl) şirinləşdirilməmiş sular istehsal olunub.
"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 38,2 faiz və ya 4 275,73 min dkl artıb.
Cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal həcmində 36,5 faiz və ya 1 328,6 min dkl azalma qeydə alınıb. İyun ayında 2 305,8 min dkl şirinləşdirilməmiş sular istehsal olunub. İyul ayının 1-nə hazır məhsul ehtiyatı isə 636,1 min dkl təşkil edib.